Menu

İKİ GENERAL, 3 POLKOVNİK İŞDƏN ÇIXARILDI - Baş İdarə rəisləri idilər + FOTO

01.08.2023, 19:13
İKİ GENERAL, 3 POLKOVNİK İŞDƏN ÇIXARILDI - Baş İdarə rəisləri idilər + FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş Baş İdarənin rəisi sərəncama göndərilib. Onlardan ikisi generaldır. 

"AzPolitika.info" "gununsesi.info"-ya istinadla bildirir ki, bunlar Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyevdir.

Onlarla yanaşı Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev də sərəncama göndərilib

Qeyd edək ki, bir neçə ay əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bu quruma rəis təyin olunub.

Şərhlər

Xİn və DİM 2023-08-06 23:12:02

hörmətli redaksiya,

Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərini mənimsəməkdədir. gecə-gündüz imtahnalr keçirirlər, amma svetsayağı imtahanlar... yani namizədə başına görə deyil, cibinə görə qiymət verirlər.. bu rüsvayçı əmələ isə islahatçı alibisni qazanmış fariz rzayev adlı birisi rəhbərlik edir, icraçı kadrların rəisi raman məmmədov. canqoruyanları isə şəxsən nazir Bayramovdur, duyduq-duymadıq deməyin...

samir 2023-08-06 13:30:56

xarici işlər nazirliyndə həbs olunası nazir müavinləri, səfirlər və idarə rəisləri vardır, fariz rzayev... raman məmmədov... və sair...

Dövlətini sevən 2023-08-02 09:51:35

Şəki İcra Hakimiyyətinin Baş memarı Cahangir Nəbiyev pulun hesabına oğlu Tural Nəbiyevi Hərbi xidmətdən yayınmasına nail olub. Boyu 1,80 sm, kürəyinin eni isə 55-60 sm-dir. Buğa kimi atasınıən zəbt etdiyi əhlinin istirahət yerində özünə Fantan kafesi yaradıb və kafeni işlədir. X.e. Qanunu Tural Nəbiyevə tətbiq edin!

ÇAĞIRIŞÇI 2023-08-02 09:11:00

BU RÜŞVƏT İDARƏSİNƏ BU QƏDƏR YÜKSƏK ÇİNLİ ZABİTLƏR HANSI EHTİYACDAN YIĞILIB?BUNLAR DA AD SOYADI DƏY İŞDİRİLMİŞ NAXÇIVAN .........

kim 2023-08-02 07:41:42

Bu biabırçılığa nə vaxt son qoyulacaq? Hansı dövlət orqanında rəhbər dəyişirsə, oranın şöbə müdirləri çölə tökülür. Elə bil dövlət qurumu bunların özəl şirkətidi. 40-50 yaşına gəlib o vəzifəyə çatmış məmur ondan sonra nə etməlidir? Bunların ailəsi, uşağı var axı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol