Belarus İranla hərbi əməkdaşlığı dərinləşdirir, çünki hər iki ölkə Rusiya Federasiyasına Ukraynaya qarşı genişmiqyaslı müharibə aparmağa kömək edir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırma İnstitutu (ISW) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Belarus Müdafiə Nazirliyinin rəhbəri general-leytenant Viktor Xrenin Tehrana səfəri zamanı İranın Müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşdə pilotsuz təyyarələrlə bağlı müqavilə bağlamağa səy göstərib: “Guya Xrenin və Aştiani görüş zamanı silah satışını müzakirə ediblər. Ola bilsin ki, Belarus və İran arasında “Şahid” pilotsuz təyyarələrinin istehsalı ilə bağlı saziş bağlanılıb”.
“AzPolitika.info”


Şərhlər