Menu

“SON BİR İL İDİ Kİ, CANI İLƏ ƏLLƏŞİRDİ” - Sürət Hüseynovun kürəkəni danışdı

02.08.2023, 12:30
“SON BİR İL İDİ Kİ, CANI İLƏ ƏLLƏŞİRDİ” - Sürət Hüseynovun kürəkəni danışdı

"Oğlu dəfn mərasiminə qatıla bilməyəcək..."

“Sürət müəllim uzun müddət idi ki, xəstə idi. Mən inanmıram ki, hansısa zəhərlənmə şübhəsi olsun, indi bunu kimlərsə deyib. Bilmirəm niyə deyiblər, ancaq o xəstə idi və xəstəliyin nəticəsində də vəfat edib”.

“AzPolitika.info” xəbər verir ki, bunu iki gün əvvəl İstanbulda klinikaların birində vəfat edən keçmiş Baş nazir Sürət Hüseynovun kürəkəni Kamran Məmmədov “Gününsəsi.info”ya açıqlamasında bildirib.

Xatırladaq ki, Hüseynovun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında sabiq Baş nazirin “tədricən zəhərləndiyini” iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Sürət Hüseynov Türkiyədə taqətdən düşəcək qədər zəifləməyə” başlayıb.

Könül Rafiqqızı bildirib ki, Sürət Hüseynov Azərbaycana qayıdaraq siyasi fəaliyyətə başlamağa qərar veribmiş:“Onun siyasətə qayıtmaq məqsədi hər kəsə aydın idi və 2019-dan başlayan müsahibələri, bəyanatları bunu açıqca ortaya qoyurdu”.

Sürət Hüseynovun kürəkəni Kamran Məmmədov köməçkinin dediklərini təkzib edib: “Onun siyasi partiya yaratma istəyi olmayıb. Belə bir şey olsa mənim də xəbərim olardı. Sürət müəllim son bir il idi ki, canı iləəlləşirdi”.

Xatırladaq ki, İstanbulda səhhəti pisləşən Sürət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından BBC-yə bildirilib ki, təcili yardım hadisəsi ilə bağlı "intihar, zəhərlənmə və ya zərbə şübhəsi" olduğu üçün Sürət Hüseynovun qeydiyyatı "adli durum" kimi aparılıb.

Bu gün keçmiş Baş nazir doğulduğu Gəncə şəhərində dəfn ediləcək. Yaxınları bildiriblər ki, onu oğlu Nail Hüseynov xaricdə olduğu və sənədlərində problem yarandığı üçün dəfn mərasiminə qatıla bilməyəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Kamil 2023-08-02 14:00:50

İsa niyə ?

Mubariz 2023-08-02 13:32:58

Belə ölümlər Nemətlərə , Etibarlara ,Rəhimlərə ,Pənahlara ,İsalara da qismət olacaq ,çünki bu xalqın belə dilənçi kökünə düşmələrində onların hamısının «böyük » xidmətləri olmuşdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol