Menu

Navalnıya daha 20 il cəza kəsilə bilər – Müxalifət lideri xüsusi rejimli koloniyaya göndəriləcək

04.08.2023, 18:53
Navalnıya daha 20 il cəza kəsilə bilər – Müxalifət lideri xüsusi rejimli koloniyaya göndəriləcək

Avqustun 4-də Moskva Şəhər Məhkəməsində keçirilən iclasda müxalifət lideri Aleksey Navalnıya qarşı hökmü elan edəcək. Navalını həbsdə olduğu müddətdə ona qarşı “ekstremist icma yaratmaq” maddəsi ilə yeni iş açılıb. Prokurorluq müxalifətçinin 20 il müddətinə xüsusi rejimli koloniyaya göndərilməsini tələb edir.

Hazırda saxlanıldığı koloniyada görünməmiş təzyiqlərə məruz qalan Aleksey Navalnı məhkəmədə son sözünü deyib. Onun tərəfdarları Navalnının zəhərlənməsinin üçüncü ildönümündə, 20 avqust 2023-cü ildə “Putin qatildir!” şüarı ilə aksiyalara başlayacaqlarını elan ediblər.

Navalnı 2021-ci ilin fevralından həbsxanadadır. Sonra məhkəmə Federal Penitensiar Xidmətin (FSIN) tələbi ilə ona Yves Rocher işi üzrə təyin edilmiş şərti cəzanı real cəza ilə əvəz edib. Bu, Navalnının Rusiyada “Noviçok” hərbi təyinatlı zəhərlə zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan qayıtdıqdan dərhal sonra baş verib.

2022-ci ilin iyununda Navalnı Pokrovdakı ümumi rejimli koloniyadan Melexovodakı sərt rejimli koloniyaya köçürülüb. Navalnının özü, rusiyalı hüquq müdafiəçiləri və beynəlxalq ictimaiyyət ona qarşı cinayət təqibini siyasi sifariş hesab edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol