Menu

“CİDDƏ GÖRÜŞÜ PUTİNƏ VURULAN ŞİLLƏ İDİ” – “Rusiya əhəmiyyətini itirib”

08.08.2023, 11:13
“CİDDƏ GÖRÜŞÜ PUTİNƏ VURULAN ŞİLLƏ İDİ” – “Rusiya əhəmiyyətini itirib”

Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan sülh danışıqlarına Rusiyanın dəvət olunmaması Vladimir Putinin üzünə vurulan şillə idi.

"AzPolitika.info" xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Oreşkin “FreedDom” kanalının efirində deyib.

Politoloq bildirir ki, Kreml bu hadisədən çox incisə də, bunu biruzə verməməyə çalışır.

"Müharibə Ukrayna ilə Rusiya arasındadır və sülh məsələsi Rusiyasız müzakirə olunur. Bu o deməkdir ki, Rusiya Federasiyası nəinki razılaşmalar əldə etmək iqtidarında deyil, həm də sadəcə əhəmiyyətsizdir",-deyə politoloq bildirib.

Xatırladaq ki, avqustun 5-6-da Ciddədə Ukraynada genişmiqyaslı müharibənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılıb. Tədbirdə 40-dan çox dövlətin, o cümlədən Avropa ölkələri, ABŞ və Çinin nümayəndələri iştirak edib, lakin Rusiya Federasiyası görüşə dəvət olunmayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol