ABŞ-da fəaliyyət göstərən “Forbes” jurnalı dünyanın ən varlı 20 insanının adını açqlayıb.

“AzPolitika.info” sözügedən siyahını oxuculara təqdim edir:

1. Elon Musk - “Tesla”, “SpaceX” və “Twitter”-in sahibi;

2. Bernard Arnault – “Louis Vuitton” və “Hennesy” kimi lüks istehlak malları istehsal edən “LVMH” holdinqinin baş direktoru;

3. Jeff Bezos – “Amazon”un qurucusu və baş direktoru;

4. Larry Ellison – “Oracle”-ın qurucusu və baş direktoru;

5. Uorren Baffet;

6. Bill Gates – “Microsoft”-un həmtəsisçisi;

7. Larri Peyc – “Google”-un həmtəsisçisi;

8. Mark Zukerberq – “Meta”-nın qurucusu və sahibi;

9. Sergey Brin - “Google”-un həmtəsisçisi;

10. Stiv Balmer, -“Microsoft”-un idarə heyətinin sədri;

11. Karlos Slim Helu- “Telmex və “America Movil” telekommunikasiya şirkətlərinin sahibi;

12. Michael Bloomberg – “Bloomberg”-in baş direktoru;

13. Mukesh Ambani - Hindistanda yerləşən, enerji, neft-kimya, təbii qaz, pərakəndə satış, telekommunikasiya sahələrində fəaliyyət göstərən “Reliance Industries” şirkətinin idarə heyətinin sədri;

14. Fransua Bettencourt Meyers - kosmetika sahəsində fəaliyyət göstərən “Loreal” şirkətinin səhmdarı;

15. Amansio Orteqa – “ZARA” və “Bershka” kimi tanınan məşhur geyim şirkətlərini özündə birləşdirən “Inditex” beynəlxalq moda cəmiyyətinin qurucusu;

16. Jim Walton – “Walmart” pərakəndə mağazalar şəbəkəsinin qurucusu;

17. Rob Uolton – “Walmart”-ın qurucusu;

18. Zhong Shanshan - Çin əczaçılıq şirkətinin sahibi;

19. Maykl Delldir – “DELL” informasiya texnologiyaları şirkətinin baş direktoru;

20. Alice Walton – “Walmart”-ın qurucusu.

“AzPolitika.info”