Menu

Putin danışıqların keçiriləcəyini təsdiqlədi

06.11.2026, 22:57
Putin danışıqların keçiriləcəyini təsdiqlədi

“Rusiya Ukrayna böhranının həlli yollarının axtarışında ardıcıl dəstəyinə və humanitar məsələlərdə köməyinə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyinə minnətdardır”.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə bildirib.

Müşavirədə noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar da müzakirə olunub.

Putin danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkür edib.

O qeyd edib ki, Əmirliklər Ukrayna böhranının həlli yollarının axtarışında Rusiyaya ardıcıl kömək edir, həmçinin əsirlərin və digər şəxslərin mübadiləsi ilə bağlı humanitar məsələlərə dəstək göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol