Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
"AzPolitika" xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.
Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".
xxx
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində Müzəffər Ordumuz şanlı Qələbə qazandı və bu Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradaraq xalqımıza inam gətirdi.
Əldə edilmiş Qələbə Sizin uzun illər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizənin, diplomatik fəaliyyətinizin, qətiyyətinizin və Ordu quruculuğu siyasətinizin nəticəsində mümkün oldu. Bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Möhtərəm cənab Prezident, İkinci dünya müharibəsindən sonra Siz müasir tarixdə yeganə Lidersiniz ki, ölkənin ərazisinin 20 faizini işğaldan azad etmisiniz. Bu, Sizin və Müzəffər Ordumuzun dünya tarixinə yazdığı şanlı səhifədir.
Sizə fəaliyyətinizdə böyük uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıram".
xxx
Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən ədalətsizliyə və zülmə son qoydu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini öz gücü ilə icra etməyə müvəffəq oldu.
Suriya Türkman Məclisi olaraq, qardaş Azərbaycanın şanlı Zəfərinə aparan yolu günbəgün, anbaan izləyir, hər bir uğuruna ürəkdən sevinirdik. Bu tarixi Qələbə xalq-lider vəhdətinin bariz nümunəsi və azərbaycanlı qardaşlarımızın sarsılmaz iradəsinin təntənəsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəhəng yenidənqurma və bərpa işləri davam edir, infrastruktur, logistika, iqtisadi, təhsil, humanitar, sosial və digər sahələrdə həyata keçirilmiş və icra edilən layihələr Azərbaycanın ayrılmaz hissələri olan bu bölgələrin dünyanın ən gözəl guşələrindən birinə çevirir.
Möhtəşəm Zəfər Günü münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
xxx
Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və Vətənə bağlılığının təcəssümüdür. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, gələcək nəsillər üçün qürur və ilham mənbəyinə çevrilmişdir.
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, insanların doğma torpaqlarına qayıdışı, həmçinin tarixi və mədəni irsin qorunması Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını əks etdirir. Zəfər Günü bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik rəmzinə çevrilmişdir.
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrimiz arasında birliyin, həmrəyliyin və daha sıx əməkdaşlığın artan əhəmiyyətini əks etdirən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu tərəqqi ən yüksək səviyyədə nümayiş etdirilən uzaqgörənlik, rəhbərlik və qətiyyətli səylər sayəsində mümkün olmuşdur.
Bu mühüm dövrdə Baş katib vəzifəsində çalışmaq və ümumi məqsədlərimizin irəli aparılmasına töhfə vermək mənim üçün xüsusi şərəf olmuşdur. Təşkilata göstərilən dəstəyə və onun dialoq, əlaqələndirmə və birgə təşəbbüslər platforması kimi rolunun gücləndirilməsi istiqamətində səylərə görə səmimi minnətdarlığımı bildirirəm.
Fəaliyyət göstərdiyim illərə nəzər salarkən birgə səylərimiz nəticəsində əldə edilmiş tərəqqini yüksək qiymətləndirirəm. Əminəm ki, yaratdığımız möhkəm təməl Türk dünyasının arzularının gerçəkləşməsinə və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir. Azərbaycanın TDT-yə sədrliyi dövründə irəli sürülən təşəbbüslər təşkilatın fəaliyyətinə, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin gücləndirilməsinə mühüm töhfə vermişdir.
Zati-alinizə ali dövləti vəzifənizin icrasında davamlı uğurlar, Azərbaycan xalqına daim sülh, sabitlik və rifah arzulayıram".
xxx
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Bu tarixi bayramlar dərin məna kəsb edərək Azərbaycan xalqının cəsarətini, birliyini, əzmkarlığını və Vətəninə olan sarsılmaz bağlılığını təcəssüm etdirir. Zəfər Günü 44 gün davam edən misilsiz əzm və fədakarlıq nəticəsində əldə olunmuş tarixi Qələbəni, Dövlət Bayrağı Günü isə Azərbaycanın üçrəngli bayrağının simvolizə etdiyi suverenliyi, müstəqilliyi və milli qüruru tərənnüm edir. Bu günlər birlikdə Azərbaycan xalqının igidliyinin, sarsılmaz ruhunun, həmçinin öz suverenliyini qorumaq və gələcəyini müstəqil şəkildə müəyyən etmək əzminin güclü ifadəsidir.
Zati-alinizin müdrik rəhbərliyi ilə Azərbaycan milli maraqlarının müdafiəsində, ərazi bütövlüyünün bərpasında və tarixinin yeni səhifəsinin açılmasında müstəsna qətiyyət nümayiş etdirmişdir. Sizin uzaqgörənliyiniz, qətiyyətiniz və Azərbaycan xalqının arzularına olan sarsılmaz bağlılığınız xalqın tarixi mərhələlərdən keçməsində həlledici rol oynamışdır. Biz Zati-alinizin liderliyini, həmçinin güclü, suveren və firavan, davamlı sülhə, sabitliyə və gələcək nəsillər üçün geniş imkanlara malik bir Azərbaycan qurmaq yolundakı fədakarlığınızı yüksək qiymətləndiririk.
Biz, həmçinin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında mövcud olan uzunmüddətli qardaşlıq, dostluq və qarşılıqlı hörmət əlaqələrinə xüsusi əhəmiyyət veririk. Liderlərimizin uzaqgörənlikləri və səyləri sayəsində ölkələrimiz arasındakı münasibətlər daha da möhkəmlənərək strateji əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq üçün yeni üfüqlər açmaqda davam edir. Zati-alinizin bu əlaqələrin inkişafındakı, qarşılıqlı etimad, ortaq hədəflər və səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasındakı şəxsi rolunu yüksək qiymətləndiririk.
Səudiyyə Ərəbistanının “ACWA” şirkəti möhkəmlənən bu tərəfdaşlığın bir hissəsi olmaqdan xüsusi qürur duyur. Şirkətimizə göstərilən etimada və davamlı dəstəyə görə Zati-alinizə səmimi-qəlbdən minnətdarıq. “ACWA” Azərbaycana, onun uzunmüddətli inkişaf, dayanıqlı və firavan gələcək prioritetlərinə sadiq qalır. Biz əməkdaşlığımızı daha da dərinləşdirməyi, Azərbaycan xalqının rifahına uzunmüddətli töhfələr verən təşəbbüslərdə iştirak etməyi səbirsizliklə gözləyirik.
Bu əlamətdar milli bayramlar münasibətilə Azərbaycan xalqının cəsarət və əzmkarlığına olan dərin hörmətimi, həmçinin liderliyinizə, uzaqgörənliyinizə və davamlı dəstəyinizə görə Sizə səmimi minnətdarlığımı ifadə edirəm. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan özünəməxsus ruhunu müəyyənləşdirən birliyi, gücü və milli dəyərləri qoruyub saxlamaqla yeni nailiyyətlərə doğru irəliləməyə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına və onun xalqına isə daimi sülh, birlik, sabitlik və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın Hökumətinə və xalqına Allah-taaladan daha çox tərəqqi və rifah diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqlarımız arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səy göstərir.
Qoy, doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Cənab Prezident, ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik.
Dərin hörmətlə,
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:
Şeyx Əli Cümə - Əl-Əzhər Əl-Şərifin Böyük Alimlər Heyətinin üzvü, professor;
Usamə əl-Əbd - Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin sabiq müavini, professor;
Əl-Seyyid Mahmud əl-Şərif - Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini;
Yusif əl-Şərqavi - Misirin Azərbaycandakı sabiq səfiri;
Adil Dərviş - Misirin Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı keçmiş direktoru;
Bağdadi İmam - Misir Ali Təhsil Nazirliyinin sabiq baş direktoru;
Tövhid Məhəmməd - müşavir, vəkil, Misirin Əl-Xeyir Fondunun hüquqi işlər üzrə direktoru;
Midhət Camal - general, Misirin Əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin sabiq rəhbəri;
Sabir Həsən - Ali Mədəniyyət Şurasının üzvü;
Mona Zidan - Helvan Universitetinin professoru;
Əhməd Əbdu Tarabek - Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist;
Mustafa Hicazi - "Orange" şirkətinin baş direktoru;
Seymur Nəsirov - Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misirdə Azərbaycan diasporunun rəhbəri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri.
xxx
Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident.
Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və həmrəyliyinin təcəssümü olan bu əlamətdar gün ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpası naminə göstərilən misilsiz şücaətin, qətiyyətin və Vətənə sonsuz bağlılığın rəmzi kimi tarixin yaddaşına həkk olunmuşdur. Sizin qətiyyətli rəhbərliyinizlə Azərbaycanın qazandığı bu tarixi Zəfər milli həmrəyliyin daha da gücləndirilməsi, regionda davamlı sülhün və sabitliyin bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edərək gələcək nəsillər üçün əbədi qürur və ilham mənbəyi olaraq qalacaqdır.
Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın Türk dünyasında birlik, həmrəylik və qardaşlıq ruhunun möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələri, Türk dünyasında əməkdaşlığın parlament meyarı kimi TÜRKPA-nın fəaliyyətinə, habelə yerləşmə ölkəsi kimi TÜRKPA Beynəlxalq Katibliyinə göstərilən diqqət və dəstəyi xüsusi qeyd edərək, Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram".
xxx
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Məktubda qeyd olunub:
"Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə milli iradənin, sarsılmaz birliyin və Vətənə bağlılığın təntənəsi kimi yazılmışdır. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bərabər, həm də xalqın tarixi yaddaşında dərin iz qoyan, gələcək nəsillər üçün qürur və örnək mənbəyi olan böyük bir hadisədir.
Sizin müdrik rəhbərliyinizlə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma torpaqlarına qayıdan insanların həyatının yenidən qurulması, tarixi və mədəni irs nümunələrinin bərpası Azərbaycanın inkişaf yolunun mühüm göstəricisidir.
Zəfər Günü, eyni zamanda, bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik rəmzinə çevrilmişdir.
Bu xüsusda, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurla başa çatmasını xüsusi qeyd etmək istərdim. Sədrliyiniz dövründə irəli sürülən təşəbbüslər və həyata keçirilən tədbirlər təşkilatın fəaliyyətinə, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin gücləndirilməsinə mühüm töhfə vermişdir.
Fürsətdən istifadə edərək, Zati-alinizi, həmçinin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə də təbrik edirəm. Üçrəngli Azərbaycan Bayrağı müstəqilliyin, milli kimliyin və dövlət suverenliyinin rəmzi olmaqla yanaşı, Zəfərdən sonra ölkənin bütün ərazisində qürurla dalğalanaraq yeni tarixi məna qazanmışdır. Qoy, bayrağınız daim yüksəklərdə dalğalansın!
Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və firavanlıq arzulayıram".


Şərhlər