Menu

Budanov Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək

06.11.2026, 21:35
Budanov Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov noyabrın 10-11-də Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, məlumatı Budanov özü təsdiqləyib.

O həmçinin qarşıdan gələn görüşlə bağlı gözləntilərini bölüşüb. Budanovun sözlərinə görə, danışıqlarda çətin ki, irəliləyiş olsun, lakin onların keçirilməsi faktının özü artıq bir irəliləyişdir.

Ukrayna Prezidenti Ofisinin rəhbəri ümid edir ki, bu görüş sonuncu olmayacaq.

Qeyd edək ki, Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol