Menu

Atlantik okeanında batan “Titan” gəmisinin yeni görüntüləri yayılıb – Sərnişinlər necə ölüblər? + VİDEO

14.08.2023, 13:38
Atlantik okeanında batan “Titan” gəmisinin yeni görüntüləri yayılıb – Sərnişinlər necə ölüblər? + VİDEO

Məlum olduğu kimi, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarının olduğu yerə turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı müəmmalı şəkildə partlayıb.

“AzPolitika.infoxəbər verir ki, “Komsomolskaya pravda” “Telegram” kanalı partlayış anını əks etdirən yeni simulyasiya videosu hazırlayıb.

Videonun müəlliflərinin hesablamalarına görə, səyahətçilər o qədər tez ölüblər ki, heç nə başa düşməyiblər. Onların beynlərinin bu vəziyyətə reaksiya verməyə belə vaxtı olmayıb.

Xatırladaq ki, iyun ayında beş milyarder sözügedən gəmiyə minərək “Titanik”in qalıqlarının olduğu əraziyə gediblər və bir müddət sonra yoxa çıxıblar. Batiskafın qalıqları dörd gün sonra tapılıb.

Daxili partlayış nəticəsində gəmidəki bütün sərnişinlər ölüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol