Rusiya ötən gün axşam saatlarında ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.
O bildirib ki, Lvov, Lutsk və Dnepr vilayətlərindəki yaşayış binaları, sənayə müəssisələri qanadlı və ballistik raketlərlə hücuma məruz qalıb.
M.Podolyak qeyd edib ki, bu hücumlarda əsas məqsəd Ukrayna xalqına qarşı psixoloji təzyiq göstərilməsidir.
Hücumun dəqiq nəticələri hələ ki məlum deyil.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.


Şərhlər