ABŞ-ın Alabama Universitetinin alimləri insanın hər iki böyrəyini geni dəyişdirilmiş donuz orqanları ilə əvəz ediblər.
“AzPolitika.info” xəbər verir ki, cərrahlar donuz böyrəyini beyin ölümü diaqnozu qoyulmuş xəstəyə ailəsinin icazəsi ilə köçürüblər.
Böyrək fərdin orqanlarını canlı tutub, həmçinin ömrünün son anına qədər bütün həyati funksiyaları normal yerinə yetirib. Bu proses düz 7 gün davam edib. Bu unikal əməliyyat xroniki böyrək xəstəliyindən əziyyət çəkən və transplantasiyaya ehtiyacı olan on minlərlə xəstəyə ümid verib.
Məlum olduğu kimi, bütün dünyada donor orqanlarına tələb təklifi xeyli üstələyir. Statistikaya görə, ABŞ-da transplantasiya gözləyən hər beş xəstədən ikisi uyğun donor tapılmadığı üçün diaqnoz qoyulduqdan sonrakı beş il ərzində ölür.
Qeyd edək ki, əməliyyatdansonraxəstəninorqanizminindonororqanı yadcisimkimiqəbuletməməsi üçündonuzböyrəkləritransplantasiyaməqsədilə genetikadaptasiya üsuluilə “insanlaşdırılır”. Elm adamları DNT zəncirində dörd eksklüziv donuz genini (GTKO,CMAH, B4GALNT2, GHR) tapır və “söndürür”, bundan sonra onu altı insan geni (CD46, CD55, CD47, THBD, PROCR, HMOX1) ilə tamamlayır.
Xatırladaq ki, bu günə qədər heyvandan insana böyrək transplantasiyasında belə bir nəticə əldə olunmamışdı.
“AzPolitika.info”

Şərhlər
Bir də görəcəyik ki, milyarder müsəlman ərəb şeyxləri Donuz fermaları saxlamaq üstündə rəqabt aparırlar)))