Menu

“Gürcülərə olar, ermənilərə yox...” - Erməni “maşın alverçiləri” Rusiyaya avtomobil sata bilmirlər

18.08.2023, 17:07
“Gürcülərə olar, ermənilərə yox...” - Erməni “maşın alverçiləri” Rusiyaya avtomobil sata bilmirlər

Məlum olduğu kimi, bir müddət əvvəl Qərbin Rusiyaya qarşı sanksiyalarına riayət etməli olan Gürcüstan ABŞ və Avropa istehsallı avtomobillərin Rusiyaya reeksportuna qadağa qoymağa məcbur olub. 

Artlq avqustun 1-dən Gürcüstan ABŞ avtomobillərinin satış üçün Rusiyaya keçirilməsinə icazə vermir. Sentyabrın 26-dan etibarən isə həmin qadağa Avropa istehsalı olan avtomobillərə də tətbiq olunacaq.

“AzPolitika.info” xəbər verir ki, indiyə kimi Avropa və ABŞ avtomobillərini Rusiyaya satan erməni “maşın alverçiləri” Gürcüstan sərhədçilərindən və gömrük işçilərindən şikayətləniblər. 

Ermənistan mətbuatında dərc olunan məlumatlardan aydın olur ki, hələ sentyabrın 26-na qədər vaxt olsa da, Gürcüstan tərəfi artıq ermənilərin “Kazbeqi-Yuxarı Lars” sərhəd məntəqəsindən satış üçün Rusiyaya avtomobil keçirməsinə imkan vermir. Ermənilər şikayətlənirlər ki, bu qadağa Gürcüstan vətəndaşlarına tətbiq olunmadığı halda, ermənilərə tətbiq olunur. Yəni, Ermənistandan gətirilən avtomobillər Rusiyaya buraxılmır.

Sözügedən məsələ Rusiyanın “Kommersant” nəşri tərəfindən də gündəmə gətirilib. Lakin ermənilər iddia edirlər ki, Gürcüstan tərəfi onların şikayətlərinə məhəl qoymur və yalnız Gürcüstandan olan avtomobillərin ixracına icazə verməkdə davam edir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol