Menu

Marqarita həyəcan içində - Ukrayna PUA-sı Simonyanın villasının yanına düşüb + FOTO

21.08.2023, 13:11
Marqarita həyəcan içində - Ukrayna PUA-sı Simonyanın villasının yanına düşüb + FOTO

Kremlin ən həyasız və çirkin təbliğatçılarından olan, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharubəsinə hər yolla haqq qazandıran Marqarita Simonyan bu müharibəni “öz gönündə” hiss etməli olub.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukraynanın Moskvaya qarşı həyata keçirdiyi yeni dron hücumu zamanı PUA-lardan biri Simonyanın villasının yaxınlığına düşüb.

O, özü də bunu təsdiqləyərək, öz sosial şəbəkə səhifəsində paylaşım edib: “İstrinsk rayonunda vurulan PUA bizimlə qonşu küçəyə düşüb”.

Xatırladaq ki, bu gün saat 7-dən başlayaraq, PUA hücumu ilə bağlı Moskvanın bütün hava limanlarında “xalça” rejimi elan edilib, bir neçə reys təxirə salınıb.

“AzPolitika.info”


Şərhlər

Romaya Əbiqasım 2023-08-21 21:35:32

PUA ona Ukraynada nasizm toxumu səpən yazar Qasparyanın əsərlərini Rfdə tirajlamaq üçün daşıyırmış?

Roma 2023-08-21 14:11:50

gələn dəfə PUA-nı marqoşanın villasına yox, o murdar təpəsinə vurmaq lazımdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol