Menu

Ərdoğan Putin və Zelenskinin Türkiyədə görüşməsini təklif edib

21.08.2023, 15:20
Ərdoğan Putin və Zelenskinin Türkiyədə görüşməsini təklif edib

“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol