“Müharibə uzun çəkə bilər. Çünki düşmən güclü və xaindir”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov Veteranlar Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qələbə qazanmaq təkcə torpaqları azad etmək deyil: “Biz əmin olmalıyıq ki, düşmən yenidən hücum etməyəcək. Bu, çətin işdir”.
Nazir rəsmi Kiyevin qələbəsinə inamını ifadə edib: “Bu, əsl marafondur. Bizi hələ də ciddi itkilər gözləyir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Rəsmi Kiyevin mövqeyinə görə, savaş Ukraynanın suverenliyinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.


Şərhlər
Bu adama qarşı ciddi korrupsiya ittihamlarının olduqu bildirilir internetdə və yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılması gözlənilir .
Çox pessimist tonda danışır bu adam və raşist fyurerin ordusunun güclü olması tebliqatını aparır.......
Ukraynada , əclaf, korrupsioner daxili düşmənlər hörümçək tipli geniş şəbəkə qurublar
və bunları tezliklə həbs etmək vaxtı çatıb.