Milyarderin adamı Paşinyanın namizədi ilə mübarizə aparacaq
Sentyabrda keçiriləcək seçkidə İrəvanın yeni meri müəyyən ediləcək.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Moskvanın Xankəndindəki emissarı Ruben Vardanyan bu seşkilə bağlı bəyanatla çıxış edib. O, İrəvan seçicilərini “Yaşamaq üçün ölkə” partiyasının namizədi Mane Tandilyana səs verməyə çağırıb.
Məsələ ondadır ki, sözügedən partiyanın əsas sponsoru Vardanyanın özüdür. Onun “namizədi” M.Tandilyan isə bir neçə il Xankəndindəki qondarma rejimin “əmək naziri” olub. Vardanyan müraciətində açıq şəkildə deyib ki, İrəvanda keçiriləcək seçki Paşinyan hakimiyyətinin devrilməsinin başlanğıcı ola bilər. Bunun üçün isə ermənilər onun “namizədinə” səs verməlidirlər.
Qeyd edək ki, erməni mətbuatında xanım M.Tandilyanın öz övladlarını müharibədən qaçırmaq üçün ABŞ-a göndərdiyinə dair çoxsaylı məqalələr, faktlar dərc edilib.
Bu seçkidə Paşinyan hakimiyyətinin namizədi isə hazırda merin birinci müavini postunu tutan Tiqran Avinyandır.
“AzPolitika.info”


Şərhlər