“Vaqner”-in qurucusu Yevgeni Priqojinin təyyarə qəzasında həlak olmasının ardından muzdlu birləşməyə kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirələr getdikcə qızışır.
“AzPolitika.info” xəbər verir ki, beynəlxalq ekspertlər bu posta Andrey Troşevin təyin ediləcyini düşünürlər.
Qeyd edək ki, “Vaqner”in Sankt-Peterburqdakı heyətinə rəhbərlik edən 61 yaşlı Andrey Troşev rus ordusunun keçmiş komandirlərindəndir. Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev, əvvəllər DTK-da baş zabit vəzifəsində çalışıb. Əfqanıstan və Çeçenistan müharibələrində komandir kimi iştirak edən Troşev, “Vaqner”in Suriyadakı hərbi strategiyasını hazırlayan şəxs kimi tanınır.

Digər tərəfdən, Troşev Qərb ölkələrinin ən çox sanksiya tətbiq etdiyi adladan biridir. Beynəlxalq mətbuatda gedən xəbərlərə görə, Troşev “Vaqner”-dəki xidmətlərinə və hərbi karyerasına görə həm Kreml, həm də Rusiya Baş Qərargahı tərəfindən dəstəklənən yeganə şəxsdir.
Afrikadan ərəb coğrafiyasına qədər bir çox bölgədə fəaliyyət göstərən “Vaqner” qrupunun yeni liderinin kimliyinin yaxın günlərdə məlum olacağı bildirilir.
“AzPolitika.info”

Şərhlər