Menu

ABŞ-də böyük neft emalı zavodu yanır

25.08.2023, 23:21
ABŞ-də böyük neft emalı zavodu yanır

ABŞ-nin üçüncü ən böyük neft emalı zavodu olan “Marathon” neft emalı zavodunda güclü yanğın baş verib.

Məlumata görə, zavodda kimyəvi maddənin dağıldığı ehtimal edilir.

Bundan əlavə, şəhər hakimiyyəti yanğın yerindən üç kilometr radiusda yaşayan əhalinin təxliyəsinə başlayıb və yanğın artıq kosmosdan belə görünür.

Hazırda yanğın lokallaşdırılıb, itki yoxdur. Yanğınsöndürənlər yanğınla mübarizə aparır və havada zəhərli maddələrin konsentrasiyası ölçülür.

Qeyd edək ki, zavod ABŞ-nin Luiziana ştatının cənub-şərqində yerləşir. (Mənbə: news.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol