“Rusiyaya, eləcə də yaranmış situasiyada maraqlı olan bütün aktorlara müraciət-tələb etməliyik ki, Azərbaycanla görüş təşkil etsinlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Qarabağdakı qondarma separatçı qurumun “dövlət naziri” Qurgen Nersisyan deyib.
Lakin qondarma “nazir” bildirib ki, guya Azərbaycanda onların təhlükəsizliyinə zəmanət verilmədiyi üçün görüş “ya Rusiya sülhməramlılarının dislokasiya yerində, ya da başqa bir təhlükəsiz yerdə üçüncü tərəfin vasitəçiliyi ilə” keçirilməlidir: “Mən əminəm ki, Rusiya vəziyyətin müzakirəsinə yönəlmiş görüşü təşkil edə bilər. Dayanmaq və dəqiq anlamaq lazımdır ki, haraya, necə, kimin gündəliyi ilə gedirik və bu prosesdə öz gündəliyimizi necə irəli sürə bilərik”.
Separatçıların nümayəndəsi bu görüşün arxasında gizlətdikləri niyyətləri qismən açıqlayıb. Belə ki, görüşün heç bir nəticə verə bilməyəcəyini istina etməyən Nersisyan bu halda beynəlxalq ictimaiyyət və Rusiya qarşısında şikayət üçün əllərində əsas yaranacağını bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan bir müddət əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilməsini təklif etmişdi. Lakin Ruben Vardanyan, eləcə də Moskvanın bölgədəki digər emissarları və qulbeçələrinin səyləri ilə bu görüş baş tutmadı.
“AzPolitika.info”


Şərhlər
Bu xəmir çox su aparacaq bu gedişatla.Aylarla bütün İranı bürüyən etirazlar bu gün artıq yox dərəcəsindədir.Niyə?Çünki rejim tutduğunu tutdu,asdığını asdı,kəsdiyini kəsdi,iş bitdi.Hər bir dövlət öz içində baş qaldıran narazılıqları elə ilk zamanındanca həll etməzsə məsələ gün-gündən böyüyər təbii ki.Biz isə qalib dövlət olduğumuz halda üç ildir bunların şıltaqlığına dözürük.Müharibə vaxtı qaçıb hərəsi bir deşiyə girmişdi,zorla maşınlara doldurub yenidən Xankəndinə gətirdilər bunları,amma bax heç üç il keçməyib,artıq bizimlə şərtlə danışırlar.Halbuki cəmisi bir neçə saatlıq antiterror əməliyyatıyla Xankəndindəkiləri birdəfəlik quzuya döndərə bilərik.Hər bir ölkə anındaca bunu bu cür həll edər.Görəsən biz nəyi gözləyirik,biz niyə hərəkət etmirik?Axı hər gün də yox ee,hər saat,hər an bizə qarşı işləməkdədir.