Menu

“BAYRAKTAR”-la İŞİD-ə AĞlR ZƏRBƏ - 500 nəfərlik qrupun qarşısı belə alındı + VİDEO

26.08.2023, 14:35
“BAYRAKTAR”-la İŞİD-ə AĞlR ZƏRBƏ - 500 nəfərlik qrupun qarşısı belə alındı + VİDEO

Qərbi Afrikada yerləşən Burkina-Fasonun Sahel bölgəsində İŞİD terror qruplaşmasına ağır zərbə vurulub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Paylaşılan kadrlarda 500-ə yaxın İŞİD üzvünün təxminən 200-ə qədər motosikletlə təyinat nöqtəsinə doğru hərəkət etdiyi görünür. Daha sonra Burkina-Faso Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar” pilotsuz uçuş aparatlarıyla terrorçuların olduğu nöqtələrə dəqiq zərbələr endirilir. Videonun davamında çoxlu sayda İŞİD üzvünün öldüyü, sağ qalanların isə sürətlə ərazidən qaçmağa çalışdığını görmək mümkündür.

Qeyd edək ki, Burkina-Fasonun şərq və şimal-şərqində İŞİD-in silahlı qruplaşması sayılan “Böyük Saharada İslam Dövləti” fəaliyyət göstərir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol