Menu

“Priqojinin ölü və ya sağ olduğu təsdiqlənə qədər...” - Venediktov qərarını açıqladı

26.08.2023, 14:51
“Priqojinin ölü və ya sağ olduğu təsdiqlənə qədər...” - Venediktov qərarını açıqladı

“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinə qarşı şikayətinə baxılmasının dayandırılmasını məhkəmədən xahiş etmək qərarına gəlib.

“Mən Yevgeni Priqojinin sağ və ya ölü olduğu təsdiqlənənə qədər ona qarşı şikayətimin baxılmasının dayandırılması xahişi ilə məhkəməyə müraciət etmək qərarına gəldim”, – Venediktov “Teleqram” kanalında yazıb.

2020-ci ildə "Exo Moskvı"nın efirində Aleksey Venediktov Yevgeni Priqojini “Vaqner” PMC-nin sahibi adlandırıb. Buna cavab olaraq, Priqojin şərəf və ləyaqətinin qorunması üçün məhkəməyə müraciət edib. 2022-ci ilin avqustunda məhkəmə iş adamının PMC-lərlə əlaqəsi haqqında bəyanatı etibarsız hesab edib, lakin Venediktovun dediklərini təkzib etməsi tələbini rədd edib.

2022-ci ilin sentyabrında Yevgeni Priqojin etiraf edib ki, hələ 2014-cü ildə “Vaqner” PMC-ni yaradıb. Bu səbəbdən Aleksey Venediktov “yeni açılmış hallar” əsasında qərara yenidən baxmaq üçün məhkəməyə müraciət edib. "Kommersant" qəzeti yazır ki, məhkəmə işə baxmaqdan imtina edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol