“Çin 21-ci əsrdə ABŞ üçün ən mühüm strateji təhlükədir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Pentaqonun keçmiş rəhbəri Mark Esper Tayvanın TVBS telekanalına müsahibəsində bildirib. Esperin sözlərinə görə, o, bu barədə kitabında da yazıb.
Esper həmçinin bildirib ki, ABŞ regionda Çinə qarşı hərbi-siyasi ittifaq yaratmalıdır. O qeyd edib ki, Çin bütün Cənubi Çin dənizinə iddialıdır və Vaşinqton regionda ölkələri ona qarşı bir araya gətirməlidir.
“AzPolitika.info”


Şərhlər