Xankəndində qondarma “parlamentin” önünə toplaşan ermənilər onların qarşısında çıxış etmək istəyən Araik Arutyunyanı fitə basıblar.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Arutyunyan çıxışında bütün problemləri birlikdə həll edəcəyini deyib.
Bu zaman mitinq iştirakçılarından biri onun üstünə qışqırıb: “Bacarmazsan, bizi rahat burax, sənsiz hər şey daha yaxşı olacaq. İstefa verin”.
Xatırladaq ki, Arutyunyan “parlamentdə” 3 məsələnin - Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Həkəri nəzarət-buraxılış məntəqəsində saxlanılan 3 nəfərin taleyi, qida problemlərinin həlli üçün Ağdam-Xankəndi yolunun açılmasının zəruriliyi, eləcə də, bunlar mümkün olmazsa, istefasının müzakirə olunduğunu bildirib.
“Məni təhqir edə, tənqid edə bilərsiz, amma başa düşməyinizi istəyirəm: Biz hər şeyə - fövqəldövlətlərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik”, - deyərək, 6 saatlıq müzakirə nəticəsində vahid qərara gəlməyin mümkün olmadığını bildirib.
O, qeyd edib ki, sabah və ya birisigün istefası ilə bağlı qərar verəcək: "Gecə bununla bağlı müzakirələr apardıq. Daha dar tərkibdə yenidən müzakirə aparıb, qərar verəcəyik."
“AzPolitika.info”


Şərhlər