Menu

40 ton humanitar yardımın keyfiyyət sertifikatı sülhməramlılara təqdim olunub

30.08.2023, 11:27
40 ton humanitar yardımın keyfiyyət sertifikatı sülhməramlılara təqdim olunub

“Dünən axşam yenidən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə görüşdük. Gətirdiyimiz humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində onların həkiminə təqdim etdik”.

Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

O bildirib ki, hazırda gözləmə mövqeyindədirlər: “Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”.

Qeyd edək ki, hazırda içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol