Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan ilk görüş o qədər də yaxşı keçməyib. Zelenski bu görüşdə Baydeni xeyli əsəbləşdirb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The Guardian” nəşrinin ABŞ-dan olan jurnalist və yazıçı Franklin Foerin “Son Siyasətçi” kitabındakı məlumatlara əsaslanaraq yayımladığı məqalədə bildirilir.

Məqalədə 2021-ci ilin sentyabrında Zelenskinin ABŞ-a ilk səfərindən bəhs edilir. Qeyd olunur ki, bu görüşdə Zelenskinin qeyri-peşəkarlığı və çoxsaylı tələbləri ABŞ Prezidentini xeyli qəzəbləndirib.

Sözügedən görüşdə Zelenski Baydendən xüsusi olaraq Ukraynanın NATO-ya üzv seçilməsini tələb edib və Fransa ilə Almaniyanın tezliklə bu ittifaqdan çıxacağına dair qəribə açıqlamalar verib.

Məqalədə bildirilir ki, Zelenskinin NATO-nu “önəmi azalan keçmişin qalığı” kimi xarakterizə etməsi də Baydenin hiddətinə səbəb olub.

Kitabda həmçinin qeyd olunur ki, Zelenski 2021-ci ilin əvvəlində “Şimal axını 2”-ni inşa edən Rusiya şirkətinə qarşı sanksiyaları ləğv etmək qərarına görə Baydeni zəif siyasətçi hesab edirdi. Həmçinin Bayden də Respublikaçı senator Ted Kruzla dostluq münasibətlərinə görə Ukrayna lideri haqqında müsbət fikirdə deyildi.

Məlumata görə, 2019-cu ildə seçilən Ukrayna lideri uzun müddət ABŞ-ın keçmiş Prezidenti Donald Trampla görüşməyə çalışsa da, buna nail ola bilməyib.

Nəşriyyatçı Penguin Random House isə deyir ki, kitab Baydenin ətrafında olan son dərəcə yaxın məsləhətçilərin verdiyi məlumatlar əsasında hazırlanıb.

“AzPolitika.info”