Menu

“Bu görüş “taxıl müqaviləsi”nin bərpası üçün son şansdır” - Kuleba

31.08.2023, 14:26
“Bu görüş “taxıl müqaviləsi”nin bərpası üçün son şansdır” - Kuleba

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüşdə Ukrayna taxılının Afrika və Asiya ölkələrinə çatdırılması üçün nəzərdə tutulan Qara dəniz Taxıl Təşəbbüsünün bərpası müzakirə olunacaq.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxış edərkən deyib.

“Prezident Ərdoğanla Putin arasında görüş olacağını bilirik. Bu, əslində, Rusiyanın Qara fəniz Taxıl Təşəbbüsünə qayıdıb-qayıtmayacağını öyrənmək üçün son fürsət olacaq”, - Kuleba bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol