Menu

Qarabağdakı erməniəsillilərə göndərilən ərzaq karvanı 8 gündür Ağdam-Xankəndi yolunda gözləyir

05.09.2023, 09:10
Qarabağdakı erməniəsillilərə göndərilən ərzaq karvanı 8 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR artıq 8 gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb.

Şərhlər

Sərdar Sərvazi 2023-09-05 10:00:06

Baş siyasi onlayn qəzetdə haçandan boş məğzsiz-mənasız təsəlli verici qarğış-söyüşlərdən həll təklifi olan şərh və əlavələr operativ nizamlı qaydada görüntülənəcək? Ermənistan və millətçiləri 1987ci ilin fevralından aşkar etnik deport və soyqırım təcavüz-terrorlarını davam etdirməkdədirlər? Milli Məclis qarşıdurmaya hüquqca adekvat baxsın-belə münasibətdə Qarabağda (Azərbaycanda) erməni qalıqları niyə qalmalıdırlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol