Menu

ALMAN NAZİRDƏN BÖYÜK SƏHV – “Ukrayna taxılı əvəzinə kokain...” + VİDEO

05.09.2023, 11:56
ALMAN NAZİRDƏN BÖYÜK SƏHV – “Ukrayna taxılı əvəzinə kokain...” + VİDEO

Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Berlində bir araya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok görüş sonrası birgə mətbuat konfransı keçiriblər.

“AzPolitika.info” xəbər verir ki, mətbuat konfransında çıxış edən alman nazir Ukrayna taxılı əvəzinə “kokain” kəliməsini işlədərək böyük səhvə yol verib.

“İnfrastrukturunu genişləndirərək ilin sonuna qədər “kokain paxlası”nın ixrac qabiliyyətini iki dəfə artıraraq ayda 4 milyon tona çatdırdığı üçün Rumıniyaya təşəkkür edirəm”, - deyə Berbok bildirib.

Qeyd edək ki, alman siyasətçi daha əvvəl Şərqi Ukraynanı “şərqin kokaini” kimi təsvir etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol