“Vaqner”in sabiq rəhbəri Yevgeni Priqojin ukraynalı qadın və uşaqları öldürmək üçün pəncərələrdən və qapılardan qumbara atmağın yollarını, daha sonra isə evə daxil olub onları necə öldürəcəyimiz barədə bizə xüsusi təlim keçirdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner”in hərbi qulluqçusu Maksim Zelenov keçmiş hüquq müdafiəçisi Vladimir Oseçkinin suallarını cavablandırarkən deyib.
Paylaşılan videoda Oseçkin “Vaqner” döyüşçüsündən soruşur: “Pəncərədən iki qumbara, qapıdan iki qumbara, sonra içəri girib yaralıları ödürməklə bağlı əmri kim verdi?”
M. Zelenov belə cavab verib: “Priqojinin özü. Bəli, çox adam öldürdüm”.
Oseçkin: “Öldürülənlər arasında nə qədər qoca, uşaq və yetkinlik yaşına çatmış insan var idi?”
Zelenov: “Biz o beşmərtəbəli binada 40-a yaxın adamı öldürdük”.
Digər bir “Vaqner” döyüşçüsü Aleksey Çernyavski isə bildirib: "Priqojin özü bizə dedi ki, hazır olun, evlərə girən kimi qadın və uşaqları öldürməli olacaqsınız".
“Onlar deyirdilər ki, biz şəhərləri və kəndləri ələ keçirəndə, evlərə girəndə qadınları və uşaqları öldürəcəyik. Obyektə girməzdən əvvəl biz qumbara atmalı, sonra içəri girməli və əgər içəridə olan qadın və uşaqlar yaralanıbsa, ölməyibsə, onları öldürməli idik. Çünki onlar ukraynalıdırlar. Kimliyindən asılı olmayaraq, onların hamısı ukraynalı olduqları üçün öldürülməli idi”, - deyə “Vaqner” hərbçisi bildirib.
“AzPolitika.info”

Şərhlər