Menu

Türk polisinin Azərbaycan bayrağına qarşı bu hərəkəti gündəm olub - VİDEO

09.09.2023, 12:00
Türk polisinin Azərbaycan bayrağına qarşı bu hərəkəti gündəm olub - VİDEO

Məlum olduğu kimi, ötən gün futbol üzrə AVRO-2024 seçmə mərhələsinin beşinci turunda Türkiyə və Ermənistan milli komandaları üz-üzə gəliblər.

“AzPolitika.info” xəbər verir ki, Eskişehirdə keçirilən matçda türk polisinin Azərbaycan Bayrağına qarşı sərgilədiyi mövqe sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində alqışlarla qarşılanıb.

Belə ki, paylaşılan görüntülərdən məlum olur ki, azarkeşlərdən biri stadiona Azərbaycan bayrağı keçirmək istəyib, polis bayrağı alaraq səliqə ilə qatlayıb, sonra isə öpüb və digər polisə təhvil verib.

Məlumat üçün qeyd edək ki, UEFA-nın rəsmi görüşlərdə üçüncü ölkənin bayraq və atributlarının stadiona buraxılmamasına dair təlimatı olduğu üçün belə bir addım atılıb.

Həmin görüntüləri təqdim edirik:



Şərhlər

Azad 2023-09-09 12:03:36

Qardaşlıq budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol