Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Xerson vilayətinin işğal olunmuş sol sahili boyunca adalar arasında manevrlər edərkən sudan itirilmiş mövqelərini bərpa etməyə çalışan Rusiya hərbçilərinin 6 katerini məhv edib.
Bu barədə Cənubi Ukrayna Müdafiə Qüvvələrinin birgə əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk “Azadlıq” radiosuna məlumat verib.
Onun sözlərinə görə, düşmən Xerson vilayətinin sol sahilində fəallaşmağa davam edir.
"Ancaq onların 6 kateri itirməsi qəti məlumatdır. Onların əvvəllər itirdikləri mövqelərdə möhkəmlənmək cəhdləri beləcə başa çatdı.Təəssüflər olsun ki, son 24 saat ərzində bölgədə xəsarət alanlar da olub” - deyə, Qumenyuk bildirib.
AzPolitika.info


Şərhlər