Şimali Koreya lideri Kim Çen In bazar günü xüsusi zirehli qatarı ilə Rusiyaya yola düşüb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, zirehli qatarın maksimal sürəti saatda 54 kilometr olduğundan, sözügedən səfər 20 saat ərzində gerçəkləşib. Kim Çen Inın xüsusi zirehli qatarında 90 vaqon olduğu, bəzi vaqonlarda yalnız nəqliyyat vasitələrinin daşındığı bildirilir. Qeyd olunur ki, həmin vaqonlarda bir neçə xüsusi zirehli “Mersedes” markalı avtomobillər var.

Cənubi Koreya mediası isə yazır ki, qatarda lüks yemək zalı, müxtəlif markalı spirtli içkilərin saxlandığı xüsusi yer, eləcə də mahnı və rəqs şouları nümayiş etdirən çoxlu sayda qadınlar var.

Qeyd edək ki, Ş. Koreya liderinin burada Rusiya rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi, həmçinin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcəyi bildirilir.

“AzPolitika.info”