Menu

“BƏS GƏLƏCƏKDİN? GƏL DANIŞAQ...” - Ərdoğan və Makron arasında maraqlı dialoq + VİDEO

15.09.2023, 12:55
“BƏS GƏLƏCƏKDİN? GƏL DANIŞAQ...” - Ərdoğan və Makron arasında maraqlı dialoq + VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında maraqlı dialoq yaşanıb.

“AzPolitika.info” xəbər verir ki, liderlər arasında ayaqüstü görüş bu yaxınlarda Hindistanda keçirilən G20 Liderlər Sammitində baş tutub.

Belə ki, Ərdoğan zirvədən sonra mətbuat konfransına gedərkən Fransa prezidenti ilə qarşılaşıb.

Makron Ərdoğanla Liviya məsələsini müzakirə etmək istədiyini bildirib.

Ərdoğan isə Makronu Türkiyəyə dəvət edib və bu ifadələri işlədib:“Bəs gələcəkdin? Gəlmədin. Gəl danışaq”.

Makron Ərdoğanın bu dəvətini geri çevirməyib və “gələcəyəm” cavabını verib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol