Menu

ABŞ Nigerdəki dron bazasını köçürmək üçün alternativ ölkə axtarır

15.09.2023, 15:51
ABŞ Nigerdəki dron bazasını köçürmək üçün alternativ ölkə axtarır

ABŞ özünün Afrika qitəsində yerləşən mühüm dron bazasını yerləşdirmək üçün yeni ölkə axtarışındadır.

“AzPolitika.info” bu barədə “Defence One” portalına istinadla xəbər verir.

Nigerdə baş vermiş çevrilişdən sonra, öz pilotsuz təyyarə bazasını yerləşdirmək üçün, Pentaqon alternativ ölkələri nəzərdən keçirir.

Avropa və Afrikadakı ABŞ Hərbi Havva Qüvvələrinin komandanı Ceyms Hekker bildirib ki, Nigerdəki çevrilişdən sonra, Vaşinqton “nisbətən sabit olan” ölkələri nəzərdən keçirir: “Bununla belə, Hərbi Hava Qüvvələri ABŞ-Niger diplomatik danışıqlarının nəticələrini görməyi gözləyir. Çünki diplomatik həll hazırda olduqca yaxşı gedir".

“Bizim taktikamız Dövlət Departamentinin öz işini görməsinə icazə vermək və burada diplomatik yolla nə edə biləcəyimizi görmək idi, çünki biz bu işin münaqişəyə çevrilməsini istəmirik” – deyə, ABŞ zabiti əlavə edib.

Hekkerin sözlərinə görə, iyul çevrilişindən sonra, ABŞ-ın Nigerdəki PUA bazası bir müddət əməliyyatları dayandırmışdı. Lakin hazırda öz fəaliyyətini qismən bərpa edir və bir neçə uçuş gerçəkləşib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol