Menu

ABŞ prezidentinin oğlunu 10 il həbs gözləyir – Hunter Baydene qarşı yeni ittihamlar irəli sürülüb

15.09.2023, 16:10
ABŞ prezidentinin oğlunu 10 il həbs gözləyir – Hunter Baydene qarşı yeni ittihamlar irəli sürülüb

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden narkotikdən istifadə etdiyi dövrdə qanunsuz olaraq silah əldə etmək və saxlamaqda ittiham olunub.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbəır verir ki, ittiham aktının iki maddəsi 2018-ci ildə ABŞ prezidentinin oğlunun tapança alarkən narkotikdən istifadə etməməsi barədə yalan məlumat verməsi ilə bağlıdır. Üçüncü bənddə isə Hanter Baydenin narkotik istifadə etdiyi müddətdə odlu silaha sahib olduğu iddia edilir. Bunların hər biri federal cinayət hesab olunur.

Ümumilikdə, ABŞ prezidentinin 53 yaşlı oğlu üç maddə ilə ittiham olunur: saxta sənədlərdən istifadə etməklə “Colt Cobra” revolverini almaq, habelə silah lisenziyası üçün müraciət edərkən saxta sənədlər və narkotika aludəçiliyi haqqında məlumatı gizlətmək.

“Bloomberg” agentliyinin məlumatına görə, Hanter Baydenin günahkar olduğu sübut edilərsə, onu 10 ilə qədər həbs və 750 min dollar məbləğində cərimə gözləyir.

Kiçik Baydenin vəkilləri hələlik ittihamları şərh etməyiblər. Əvvəllər onlar bildiriblər ki, ittihamlar hüquq-mühafizə praktikasına uyğun olmadığı üçün ədalətsiz şəkildə irəli sürülüb.

Hunter Baydenlə bağlı həm də vergidən yayınma ittihamı araşdırılır. Əvvəllər prezidentin oğlu silah alqı-satqısı işində ittihamları ləğv etmək ümidi ilə günahını etiraf etmişdi. Daha sonra o, vergi cinayətlərində günahını boynuna almaqdan imtina etdi.

Amerika mətbuatı yazır ki, kiçik Baydenə qarşı ittihamlar Co Baydenin mümkün impiçmenti, o cümlədən oğlunun Ukraynanın “Burisma” qaz hasilat holdinqi ilə işgüzar əlaqələri ilə bağlı Respublikaçıların təhqiqatı fonunda irəli sürülüb.

Bununla belə, indiyə qədər Prezident Bayden oğlu Hunter Baydenin işində birbaşa iştirak etdiyinə dair sübut təqdim ediltməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol