Konqo Respublikası hökumətinin sözçüsü Tyeri Lezen Munqala dövlət çevrilişi ilə bağlı şayiələri təkzib edib.
APA xəbər verir ki, Munqala ölkədə hər şeyin sakit olduğunu bildirib.
"Konqonun paytaxtı Brazzavildə bəzi ciddi hadisələrlə bağlı inanılmaz məlumatlar ortaya çıxıb. Hökumət bu saxta xəbərləri təkzib edir. Biz əhalini sakit şəkildə öz işləri ilə məşğul olmağa dəvət edirik", - o, X sosial şəbəkəsində bildirib.
***
Konqo Respublikasında dövlət çevrilişinə cəhd baş verib.
Bir gün əvvəl Prezident Denis Sassu Nqesso BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.
Yerli sosial şəbəkələrdə dövlət çevrilişinin arxasında prezident qvardiyasının rəisi general Serj Oboahın ola biləcəyi ilə bağlı məlumatlar peyda olub.
Qeyd edək ki, daha əvvəl “Financial Times” ekspertlərə istinadən yazıb ki, çevrilişlərin ən çox Kamerun, Ekvatorial Qvineya və Konqo Respublikasında baş vermə ehtimalı var. Buna səbəb vətəndaşların və hakim elitaların bu ölkələrin siyasi sistemlərindəki çatışmazlıqlardan narazılıqları ola bilər. (Mənbə: profile.ru)


Şərhlər