Menu

Ukrayna dünyanın nüvə yanacağı bazarından Rusiyanı sıxışdırmağı hədəf seçib

18.09.2023, 17:50
Ukrayna dünyanın nüvə yanacağı bazarından Rusiyanı sıxışdırmağı hədəf seçib

Ukrayna uran hasilatını artırmağa çalışır ki, bu da Rusiyanı bu sahədə dünya bazarlarından sıxışdırmaq üçün bir addım olacaq.

“AzPolitika.info” “Ukrainskya Pravda”ya istinadla xəbər verir ki, bunu energetika naziri German Qaluşenko deyib.

"Təəssüf ki, Rusiya hələ də dünya uran bazarının əhəmiyyətli hissəsinə nəzarət edir. Bu, sanksiyaların tətbiqi məsələsini ləngidir, çünki bir çox şirkətlərin ruslarla uran tədarükü üçün müqavilələri var. Lakin biz onları bu bazardan çıxarmaq üçün çox çalışırıq. Eləcə də Ukraynada uran hasilatını artırmaq lazımdır”, - nazir qeyd edib.

O xatırladıb ki, Ukrayna artıq müvafiq istiqamətdə beynəlxalq şirkətlərlə, xüsusən də, Kanadanın CAMECO təşkilatı ilə bir sıra müqavilələr bağlayıb.

Bu əməkdaşlıq çərçivəsində Şərq Mədən Emalı Zavodunda (VostGOK) hasil edilən Ukrayna uranının ilk partiyası bu yaxınlarda yüklənərək Kanadaya göndərilib və burada Ukrayna uranından yerli atom elektrik stansiyalarının ehtiyacları üçün nüvə yanacağı istehsal olunacaq.

CAMECO 2024-cü ildən 2035-ci ilə qədər Rivne, Xmelnitski və Cənubi Ukrayna atom elektrik stansiyaları üçün “Enerqoatom”-un uran heksaflorid ehtiyacının 100%-ni təmin edəcək.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol