ABŞ-ın məşhur jurnallarından olan “US News & World Report” “dünyanın ən güclü ölkələri” adlı maraqlı bir araşdırma aparıb.

“AzPolitika.info” xəbər verir ki, siyahı qlobal media manşetlərinə yön verə bilən, siyasətdə ön planda olan, qlobal iqtisadi mühiti formalaşdıran, dünyanın gedişatına təsir etmək bacarığı olan kriteriyalar üzrə hazırlanıb. Eyni zamanda, burada ölkələrin liderləri, iqtisadi gücləri, ixrac qabiliyyəti, siyasi arenada rolu, ordusu, beynəlxalq ittifaqlarda gücü də nəzərə alınıb.

Sözügedən araşdırmada ABŞ birinci, Çin ikinci, Rusiya isə üçüncü sırada qərarlaşıb.

Siyahını təqdim edirik: 

1. ABŞ 

2. Çin 

3. Rusiya 

4. Almaniya 

5. İngiltərə 

6. Cənubi Koreya 

7. Fransa 

8. Yaponiya 

9- Səudiyyə Ərəbistanı 

10. Birləşmiş Ərəb Əmirlikləri 

11. İsrail 

12. Hindistan 

13. Kanada 

14. Ukrayna 

15. Türkiyə 

16. İtaliya 

17. Avstraliya 

18. İran 

19. Braziliya 

20. İspaniya.

“AzPolitika.info”