Menu

“5-ci kolonun təxribatına getməyəcəyik” – Paşinyanın tərəfdarları dirəniş göstərir

20.09.2023, 15:47
“5-ci kolonun təxribatına getməyəcəyik” – Paşinyanın tərəfdarları dirəniş göstərir

“Əslində, yeni heç nə baş vermir, növbəti dəfə dövlətimizi məhv etmək istəyirlər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının parlamentdəki nümayəndəsi Gevork Papoyan Paşinyan hakimiyyətinə qarşı etirazları, hücumları şərh edərkən deyib.

Papoyan bildirib ki, hazırkı Ermənistan hakimiyyəti həm xarici, həm də daxili qüvvələrin hücumuna məruz qalır: “Sadəcə, xarici qüvvələrə xidmət edən “5-ci kolon”un təxribatlarına getməmək, dövlətçilik ideyası ətrafında konsolidasiyanı qorumaq lazımdır və belədə hər şey yaxşı olacaq”.

Rusiyaya eyham vuran deputat qeyd edib ki, ermənilər Ermənistanın suverenliyinə və müstəqilliyinə qarşı hücumların haradan gəldiyini yaxşı görür və anlayırlar. Ona görə də, deputatın fikrincə, mövcud hakimiyyəti devirmək cəhdləri baş tutmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol