Almaniyanın indiyə qədər Ukraynaya göstərdiyi hərbi yardımın məbləği açıqlanıb.
“AzPolitika.info” xəbər verir ki, “Der Spiegel”-in Almaniya hökumətinin hesabatına istinadla paylaşdığı məlumata əsasən, Almaniya Rusiya işğalının əvvəlindən Ukraynaya təxminən 5,2 milyard avro yardım edib.
Həmçinin qeyd olunub ki, Almaniya Ukraynaya hərbi yardımın həcminə görə Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yerdədir.
“AzPolitika.info”


Şərhlər