Rusiyalı milyarder Roman Abramoviç Ukraynanın genişmiqyaslı işğalından üç həftə əvvəl bir milyard dollar dəyəri olan sənət kolleksiyasını sanksiyalardan gizlədib.

“AzPolitika.info” «The Guardian»a istinadla xəbər verir ki, bu və digər nəşrlərin araşdırması, habelə, Kipr biznes registratoru «MeritServus»-un sızdırılmış fayllarından alınan məlumatlara əsasən məlum olub ki, 2018-ci ildə dəyəri təxminən 1 milyard dollar dəyərində ölçülən art-kolleksiya milyarder tərəfindən gizlədilib və onların sanksiyaya düşməməsi üçün ciddi tədbirlər görülüb.

«MeritServus» fayllarında kolleksiyanın təsviri və onun mülkiyyət strukturu var idi. Bildirilir ki, 2018-ci ilə olan məlumata görə kolleksiyada ümumi dəyəri 962 milyon dollar olan ən azı 369 sənət əsəri olub . Siyahıya onlarla şedevr daxildir: Frensis Bekon, Pablo Pikasso, Lusian Freyd, Alberto Cakometti, Klod Monet, Rene Maqrit və başqalarının əl işləri.

Bu sənət nümunələrinin bəzilərinin alınması əvvəllər məlum idi. Məsələn, 2008-ci ildə Frensis Bekonun “Triptix” əsərinin (kolleksiyanın ən bahalı obyekti) alınması 86,3 milyon dollara başa gəlib.

Ancaq bir çox rəsmlərin taleyi uzun illər sirr olaraq qalıb. Beləliklə, Kazimir Maleviçin "Suprematist Kompozisiya" (1919-1920) tablosu ilə bağlı yalnız məlum olan o idi ki, 2000-ci ildə rəssamın varisləri onu hərraca çıxarıb və əsər hərracda 17 milyon dollara satılıb. Alıcının adı açıqlanmayıb.

«MeritServus» fayllarından məlum olur ki, artıq 2013-cü ildə rəsm əsəri Abramoviçə məxsus olub. 

Rüfət

AzPolitika.info