Ukraynalı hakerlər Rusiyanın «Sirena-Travel» rezervasiya sisteminin məlumat bazasını sındırıblar.
"AzPolitika.info" «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, hakerlər 16 ili əhatə edən uçuşlar haqqında məlumat alıblar.
"KibOrg"-a bağlı olan naməlum «Muppets» qrupunun bu işi reallaşdırdığı iddia edilir.
Hakerlərin əlldə etdiyi iki məlumat bazasında sərnişinlərin telefon nömrələrinin təxminən 3,5 milyard qeydi və sərnişinlərin şəxsi məlumatları, uçuş nömrələri, marşrutlar, gediş haqqı, bilet qiymətləri və s. məlumatları olan 664,6 milyon qeyd var. Məlumatlar 2007-2023-cü illəri əhatə edir.
Rüfət
AzPolitika.info


Şərhlər