Menu

VARDANYAN QARABAĞDAN QAÇMAĞA ÇALIŞIB - Qadın qiyafəsinə girib

25.09.2023, 11:58
VARDANYAN QARABAĞDAN QAÇMAĞA ÇALIŞIB - Qadın  qiyafəsinə girib

Sentyabrın 25-də, səhər saatlarında Xankəndini tərk etmək istəyən separatçıların keçmiş lideri Ruben Vardanyan bunun üçün qeyri-adi üsula əl atmağa çalışıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsini (SBM) rahat keçmək üçün qadın qiyafəsinə girib. Lakın SBM-ə çatmamış anlayıb ki, kimliyi texniki vasitələrlə müəyyənləşdiriləcək, buna görə də avtomobili geri çevirərək yenidən Xankəndiyə qayıdıb.

Vardanyanın qadın geyimi seçməsi təsadüf deyil. Hiyləgər separatçı çox gözəl bilir ki, Azərbaycan əsgəri mülki əhaliyə, xüsusilə də qadın və uşaqlara humanist münasibət göstərir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanlarının da zərgər dəqiqliyi ilə işlədiyindən xəbərdardır. Buna görə də qadın paltarı ilə qaçmaq niyyətinin puça çıxacağını, gec də olsa, anlayıb.

Şərhlər

dadaşyev 2023-09-25 14:55:28

Bahooo! Neynirrrəəə bu!Bolşevizmin ilk aclıq illərində gecələr Peterburqun Neva sahillərində müştəri gözləyən Nikolaydan qalma qart qəhbələrə oxşadı vallah.


Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol