Qarabağın azsaylı erməni sakinləri bölgəni tərk etməyə davam edirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə növbəti video yayılıb.

Paylaşılan yeni kadrlarda Xankəndi-Kornidzor yolunda uzun növbələrin yarandığını görmək mümkündür. 

Həmin videonu təqdim edirik: 


Digər yollarda da oxşar vəziyyət mövcuddur.

****

Qarabağı könüllü surətdə tərk edən ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində ucu-bucağı görünməyən tıxaca səbəb olublar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Sözügedən videonu təqdim edirik: 

***

Azərbaycanın Ağdərə, Əsgərən və Xocavənd rayonunun erməni sakinləri Xankəndiyə, oradan da Ermənistana təxliyə edilirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat yayılıb.

Məlumatda qeyd olunub ki, erməni sakinlər rus sülhməramlılarının müşayiəti altında Qarabağı tərk edirlər.

Həmin videonu təqdim edirik:

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməniəsilli şəxslər Gorusda Mədəniyyət Mərkəzinə gediblər.

Burada onlar qeydiyyata alınır və sonra mənzillə təmin olunurlar.

***

Azərbaycan hakimiyyətinin yurdiksiyası altında yaşamaq istəməyən Qarabağın erməni sakinləri könüllü surətdə Xankəndi şəhərini də  tərk edirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, onların bir hissəsu Ermənistanda hökumətinayırdığı yaşayış yerlərinə yerləşdiriliblər.

“AzPolitika.info”