ABŞ-dan olan milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Bakıda keçiriləcək konfransda çıxış edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabından məlumat paylaşıb.
“İlon Maskın Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakı məsələsi dəqiqləşdi. Mask Bakıda keçirilən konqresdə çıxış edəcək, lakin virtual şəkildə qoşulacaq”,- deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər