Menu

SƏRSƏNG SU ANBARI AZƏRBAYCANIN NƏZARƏTİNƏ KEÇDİ - Rəsmi açıqlama

29.09.2023, 15:26

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Bu barədə Agentlik məlumat yayıb.

Xatırladaq ki, ordumuzun şanlı qələbəsindən sonra su anbarı nəzarətimizə keçib.

1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Anbarın su güzgüsünün sahəsi 1 346 hektar, sahil xəttinin uzunluğu 50,25 km-dir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Şərhlər

X 2023-09-30 08:17:11

EN BOYUK HAKIM SENSEN ALLAHIM

Cavid 2023-09-29 20:33:17

Bu su ambarını 1987-1970 -ci illərdə Azərbaycanın Azenerjitikinti tresti inşa edib..Burada plotina dünyada ilk torpaq platrinadır..Orada əlavə 20MVT-lıq su elekrtik stansiyası da inşa edilmişdir.

t.ədalət 2023-09-29 19:36:24

Otuz ildən çox rus-erməni işğalçı ordusu bu su dəryaçasını üzümüzə bağlamışdı.Şükür ki rusun bağladığı qapılar dünyanın hər yerində açılır.Ancaq Azərbaycanda hələ də körpə və dinc əhali qatili olan Rusiyanın dili qorunur.Allah bizi rusistlərin sonrakı bəlalarından qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol