Məlum olduğu kimi, son günlər Qarabağdakı qondarma qurumun sabiq başçılarının taleyi ilə bağlı müxatəlif versiyalar irəli sürülür. Xüsusilə də Ruben Vardanyan başda olmaqla, separatçıların bir neçə liderinin həbsindən sonra erməni mətbuatı Xankəndidə qalan qondarma qurum başçıları ilə bağlı ziddiyyətli məlumatlar yaymağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu gün Ermənistandakı “Aravot.am” saytı qondarma qurumun dörd “prezidenti”nin - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Samvel Şahramanyanın hazırda Qarabağda olduğunu və hələ də Ermənistana keçə bilmədiyini yazıb. Xəbərdə bildirilir ki, bu gün onların taleyilə bağlı rəsmi Bakı ilə danışıqlar aparılacaq.
Ermənistan mətbuatı bu məlumatı tirajlayandan sonra Rusiyanın TASS agentliyi də hər dörd “prezident”in Qarabağda olması xəbərini təsdiqləyib.
“AzPolitika.info”
***
Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanla bağlı vəziyyət aydın deyil. Oktyabrın 1-də onların Ermənistana getməsi barədə Paşinyançı KİV-in xəbərlərinin əksinə olaraq, bu ölkənin digər mediası həmin məlumatı təkzib edir.
Onların məlumatına görə, separatçıların liderlərinin gələcək taleyi məsələsi guya bu gün Xankəndidə Bakının və Qarabağ erməniləri nümayəndələrinin görüşündə həll olunacaq.
Ermənistanın "Hraparak" nəşri isə yazır ki, dünən günortadan sonra sözügedən şəxslərlə əlaqə itib.
Azərbaycan tərəfi bu məlumatarı şərh etmir.
Lakin ötən gün baş prokuror Kamran Əliyev bildirib ki, Arutyunyan 2020-ci ildə Gəncəyə raket zərbələrinin endirilməsi işi üzrə (mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olub) axtarışa verilib.


Şərhlər