Menu

“Azərbaycan Vardanyanı və Babayanı həbs etdi, biz isə...” – Saakaşvili

03.10.2023, 13:46
“Azərbaycan Vardanyanı və Babayanı həbs etdi, biz isə...” – Saakaşvili

"Ətrafımızda xeyirlə şər arasında mübarizə gedir. Azərbaycan Rusiyanın Ukraynadakı təcavüzünə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı, qondarma "artsax"ın "Cənubi Osetiya" ilə münasibətlərini inkişaf etdirən "xarici işlər naziri" David Babayanı həbs edib. Beləliklə, “artsax” özünü ləğv etdiyini açıqlayıb, işğalçılar, onların Gürcüstanda himayə etdiyi separatçılar isə öz tərəfdaşlarını itiriblər".

"AzPolitika.info" xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili "Facebook"da yazıb.

"Bu arada ukraynalılar əvvəlcə 58-ci ordunun komandiri olan generalı (bu, 2008-ci ildə bizə hücum edən 58-ci ordudur) öldürdülər, ondan əvvəl isə onun ikinci komandirini ağır yaraladılar, həmçinin Donbasdakı "Cənubi Osetiya" batalyonunun onlarla əsgərini məhv etdilər. Bir sözlə, bizdən başqa hamı bizim işimizi görür. Geopolitik qatarda biletsiz səyahətimizə davam edəcəyimizi və hansısa kəskin döngədə bu qatardan düşməyəcəyimizi düşünməyimiz özünü aldatmaqdır", - o qeyd edib.

Saakaşvili vurğulayıb ki, qarşımızda unikal imkanlar açılır və gələcək nəsillər bu imkanları əldən verdiyimizi bizə bağışlamayacaqlar: "Mən Ukraynadakı böyük müharibənin tarixlərini dəqiq proqnozlaşdıra bilmədim, amma hansısa qüvvə məni Gürcüstana gətirdi, 50 günlük aclıq aksiyası və xüsusən də zəhərlənmə zamanı həmin qüvvə məni xilas etdi. Mənim missiyam Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək və tam milli hökumətlə Avropa ailəsinə daxil olmaqdır".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol