Sosial şəbəkələrdə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında sərt polemika başlayıb.
“AzPolitika.info” xəbər verir ki, millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl “Facebook” səhifəsində geniş aspektdə terrorçu və sülhsevər erməni obrazlarının qarşılaşdırılmasını təklif edib, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə sülh naminə çalışmış Georgi Vanyanın (sülhpərvər aktivist – red.) adını verməyin mümkün olduğunu yazıb.

Sitat: “Madam ki, bu ərazidə ermənilər az sayda da olsa milli azlıq kimi yaşayacaq, bizim təqdim etdiyimiz mətndə onları inteqrasiyaya təşviq etmək üçün bir və ya bir neçə sülhsevər erməni obrazını canlandırmaq və onları terrorçu, separatçı erməni obrazına qarşı qoymaqdan söhbət gedir. Bununla diplomatlarımıza, siyasətçilərimizə ölkəmizə qarşı yönələn hücumlara qarşı material veririk ki, bizim hansısa erməni fobiyası daşımadığımızı hər dəfə bədxahlarımızın gözünə soxa bilsinlər. Hətta bilərəkdən yazmışıq ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşayacağı küçələrdən birinə sülh uğrunda çalışmış Vanyan kimi birisinin adını vermək də mümkündür. Bu, Xankəndidə yox ha, Şuşada yox ha, hansısa diqqətdən kənarda kiçik bir qəsəbədə də edilə bilər. Buraya sabah gələcək missiyaların gözünə soxmaq üçün Puşkini də, Taras Şevçenkonu da, Şekspiri, Hüqonu da hansısa yerdə xatırlatmamız bizim üçün hansısa itkiyə səbəb olmaz. Onsuz da böyük əksəriyyətini özümüzə aid adları verəcəyik. Tanınmış şəxslərimizin, şəhidlərimizin adlarını verəcəyik. Ancaq və hələ ki, bu günün əsas tələbi diplomatiyamızın, xarici siyasətimizin əlini möhkəmlətməkdirsə, kömək üçün onu da hərə öz platformasında dəqiq icra etməlidir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu gün “Facebook” səhifəsində geniş yazı ilə çıxış edərək, Fazil Mustafaya cavab verib və onu sərt tənqid edib. “Gəlin, əvvəlcə tarixi səhvlərimizə ekskurs edək... 1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə, öz halal yurdumuzu erməniləşdirdik…
O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar”.
İqbal Ağazadə daha sonra Fazil Mustafaya xitabla yazır: “Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar. Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür. …Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan "Vanyan küçəsi" yazılıb? Düşündünüzmü, ayağını, qolunu itirən qazi "Vanyan küçəsi"ndə əlil arabasında gedir?”
İki partiya sədri arasında fikir toqquşmasının davam edəcəyi gözlənilir.
“AzPolitika.info”

Şərhlər
Belə deputatıları olan Milli Məclis buraxılmalı,yeni bnormal seçki keçirilməlidir
Torpaqlarımızda murdar erməniyə aid bir nöqtə də olmamalıdır. Kimə əzizdirsə, öz adını dəyişsın, vazgendən-zaddan qoysun..
.....budan artıq nə gözləmək olar?Yəqin ermənilərdən maliyyələşir.
Elə onlara İrevanı bağışladan N.Nərimanov,onlara Qarabağda muxtariyyət verənlər,daha sonra hissə-hissə torpaq-ərazi bağışlayanların xəyanəti nəticəsində ermənilər ayaqlandılar və daha çox
istəməyə başladılar.Bunun günühı olanlar lənətlənməlidir.Bunıat da durub görün nəyi müzakirə edirlər.Çox ayıb və yaramazlıq!
Fazil Qəzənfəroğlu, sənin dərdin nə böyükmüş? Biçarə, gəlsənə küçələrə erməni adı ilə yanaşı sənin adını da verək tarixdə qalsın.
Ola bilər ki, mənim də yazdıqlarıma müəyyən iradlar olsun. Hər iki şəxsi kifayət qədər yaxşı tanıyıram və hər ikisinin fikrinə hörmətlə yanaşıram. Dəfələrlə, hələ aniterror əməliyyatı həyata keçirilənə qədər ölkə başçısı erməniəsillilərin reinyeqrasiyası barədə bəyanatlar vermişdi. Gördüyümüz kimi, ermənilər kütləvi şəkildə Qarabağı tərk etməyə başladılar. Laçın bnuraxılış məntəqəsində özünü quzu kimi göstərən ermənilər İrəvanda Azərbaycana, azərbaycanlılara hədyan dolu iftiralar yağdırmağa başladılar. Çoxumuz Prezidentin görüşə getmədiyini birmənalı qarşılamadıq. O, özünün bu addımı ilə orada iştirak edən dövlət başçılarını PAT (g..) vəziyyətində qoydu. Azdan-çoxdan Şarl Mişelə müəyyən “hörmətim” var idi. “Euronews”un bu gün səhərki müsahibəsində erməni-Azərbaycan münasibətləri ilə bağlı elə qələtlər edirdi ki, elə bil Azərbaycanlılar onun namusuna toxunublar (imkanı olan olsa bu müsahibənin təkrarına baxa bilər). Nə sirrdirsə bu həyasız diplomatlar biz doğru da olsaq, ermənini müdafiə edirlər. İnanmıram ki, ermənistanda hansısa rusun adına küçə olsun. Erməninin ağına da, qaeasına da min lənət. Amma reinteqrasiyadan söhbət gedirsə, Fazil Mustafa qeyd etdiyi kimi hansısa rayonumuzun gözdən uzaq, könüldən iraq aulunda, demirəm Araikin adına olsun, bir araba altında qalmış erməninin adına qoysunlar. Gec-tez Qarabağda bir nəfər də olsun erməni qalası deyil. Bunu bu günkü gedişat göstərir. Biz özümüzü sığortalamağı bacarmalıyıq. Hələ Sovetlər dönəmində belə bir hadisə baş vermişdi. Xankəndidə iki məktəb var idi, birində erməni uşaqları, digərində azərbaycanlılar təhsil alırdı. Məktəblərdən biri təmir olunası imiş. Bir müddət erməni uşaqlar azərbaycanlılarla bir məktəbdə təhsil almışlar. Erməni şagirdlər həvəslə gözləyirlərmiş ki, yeni tikilən məktəbdə onlar oxuyacaqlar. Məktəbin binası hazır olur, yeni dərs ilində DQMV-nin o vaxtkı birinci katibi Gevorkov göstəriş verir ki, yeni binada azərbaycanlı uşaqlar təhsil alacaqlar. Azərbaycanlı valideynlər Gevorkova uzun ömür, can sağlığı arzulamışlar. Erməni uşaqlarında isə Azərbaycanlı balalarına nifrət hissi Gevorkov tərəfindən aşılanmışdır. Deməli Gevorkov bir atəşlə iki dovşan vurubmuş, həm Azərbaycanlıları qane etmiş, erməni uşaqlarda türkə qarşı nifrət hissi yaratmışdır. Demirəm erməni olaq, Allah eləməsin. Heç olmasa gör-götür dünyasıdır, bir az bicliyimiz olsun. Arzu edərdim bu mövzuya oxucularımız tərəfindən bir az geniş şərh verilərdi.
... pullu və imkanlı olubsan, ...., kasıb əhali sənin kim olduğunu bilir ...
Bu hər iki partiya liderləri azad deyillər və hər iki lider kimdənsə sifariş alandan sonra nə isə deyə bilir.
Bəlkə .... adını.soyadını dəyişmiş ermənidir?Bu ad soyad dəyişmə fərmanı çox qaranlıq Fərman olub.
....r heç utanırlar? Beləərinin ucbatındandır ki, millət bu günə düşüb......
Bu mübahisəyə son vermək üçün , təklif edirəm küçələrə İqbal ,Qüdrət ,Fazil ,Sərdar ,Tural ,Pənah ,Nemət vəs ,adlar verilsin .Məsələ qapandı ,söz antiMilli Məclisindir
Bizimkilər nəzaman ağıllanacaqlar?Hələ bir diskussiyalarına diqqət edin.Bunlar hansı planetdə yaşayırlar? Düşmən xalqın adının küçəyə verilməsini müzakirə edirlər.Bu ağılla nə qədərsiniz?Erməni milləti müsəlman xalqına yüz illərdir qatı düşmən mövqeində olub.Bunlar tək rəhbərlik işi yox,ümumürməni siyasətidir.onların Azərbaycan torpağında nəfəs almaları belə qadağan olunmalıdır.İçərimizdəki ermənilər və qarışıqlar da vəzifələrdən azad olunmalı və ölkəni tərk etmələri təmin olunmalıdır.Azərbaycan xalqının bu yaramazların əməllərndən xilası əsas məqsədimiz olmalıdır.
Ermənilərin olduğu terdə türkün yaşaması mümkün deyil.Çünki yüz ildn artıqdır ki,BU MİLLƏT TÜRKÜ ÖZÜNƏ DÜŞMƏN SAYIB,DƏFƏLƏRLƏ QIRĞIN SALIB,MİNLƏRLƏ ŞƏHİDLƏRİMİZ OLUB.,Ona görə ermənini nə adı.nə özü Azərbaycan torpaqlarında olmamalıdır.Onlar yalnız Azərbaycana,Azərbaycan xalqına həmişə pislik,yaramazlıq edib.onların olduqları yer.idarə intriqa mərkəzinə çevrilib.Bu yaramazları Azərbaycan torpağına buraxmaq Azəərbaycan xalqına düşmənçilik,şəhidlərin qanına hörmətsizlikdir !
İqbal Ağazadə tamamilə haqlıdır.A balam,küçə nədir,biz onlara vaxtilə Irəvanı verdik ki dövlət qursunlar özlərinə,o boyda Dağlıq Qarabağ Muxtar Vilayətinin idarəetməsini verdik,oradakı raykomlar da,kolsoz sədrləri də,rayispolkomlar da onlardan idi,sonu noldu?Demədilərmi azdı bütün bunlar,demədilərmi biz gərək müstəqil olaq?Qarabağ ətrafındakı 7 rayonu da rus alıb onlara peşkəş verəndə də dedilər bu da azdır,3 il qabaq hücum çəkib Gəncəni,Yevlağı,hətta Bakını almağı da istəmədilərmi?Ona görə də bitirək ee bu süni məsələləri,uşaq əməlləri kimi görünür kənardan,onlar küçə adlarıyla-filanla doyan deyillər vallah-billah,respublikamızda başqa azsaylı xalqlar necə yaşayırlarsa onlar da eləcə yaşasınlar.Heç yanda görüş-mörüş də lazım deyil.Bitdi ee,bitdi bu Qarabağ məsələsi.Hamı necə onlar da eləcə.Elm,sənət sahəsində ümumdünya miqyasında tanınmış birisi olarsa o ayrı,bir küçəyə onun adını qoya bilərik,o da erməni olduğu üçün deyil,elmə-sənətə hörmət etdiyimizə görə.Amma süni yarınmaq məsələlərindən uzaq olaq.Çünki quyuya atılan daş kimidir bu işlər.
Bu nə əziklikdir? Bəlkə Avropaya xoş gəlmək üçün erməniləri Bakiya da qaytaraq, separatçılara heykəl də qoyaq? Nəslində bu torpaq üçün Şəhid olanlar bu millətə milli məsələlərdə tövsiyyə verə bilərlər.. Avropa nə deyəcəyinə qulaq assaydıqq hələ də torpaqlarımız işğal altında idi. Sizin dərdiniz başqadaır...... Ramizx Mehdiyevin toxumları təmizlənmədikcə, bu millətin əsəbləri ilə oynamaqda davam edəcəklər